MƏSAFƏLƏR

6 aylıq ayrılıqdan sonra ilk dəfə yazıram,ve  bu mövzu məncə çox uyğun mövzudu…))

Deməli belə. Bu tək əsgərliyə aid deyil.

Məsafələr.  İnsana həyatın gerçəklərini anladan məsafələr. İnsanlar arasında olan məsafələr bir baxıma həyatı dərk etmək üçün çox xeyirlidi.Hər kəsdən, hər şeydən ayrı olmaq. Öz-özünüzə bir fikirləşin… Bir neçə gün əvvəl yanınızda olan, bir masada oturub əyləndiyiniz,deyib güldüyünüz insanların heç biri yanınızda deyil.Axşamlar isti evinizə qayıtmırsınız. Sevgilinizə və yaxud sevdiyinizə “Səni sevirəm” yaza bilmirsiniz. Heç kimdən bir zərrə qədər də olsa məlumatınız olmur. Çətindir ! Çox çətin!

…Bu anda hansı insanlar nələr edir?! Bəziləri sıxılır, darıxır. Nə edəcəklərini bilmirlər,ağlayırlar. Olduqları yerdən qaçıb məsafələri aradan qaldırmaq əvvəlki həyata qayıtmaq istəyirlər. Düz edirlər? Yox! Niyə? Çünki gələcəyə doğru getmək əvəzinə keçmişə qayıtmaq istəyirlər. Gələcəkdən qorxurlar. Nəyəsə nail ola bilməməkdən, hansısa məqsədə çata bilməməkdən qorxurlar. Onlar geriyə, vaxt isə irəliyə doğru gedir. Bu fikrin sonu olmadığı kimi onların həyatının da sonu olmur.
… Davam edək. Başqaları nə edir? Olduqları vəziyyətlə barışırlar.Geriyə qayıtmaq istəmirlər.Amma irəliyə də gedə bilmirlər. O gücü, qüvvəti tapa bilmirlər. Risk edə bilmirlər. İrəliyə addım ata bilmirlər. Niyə? Məncə onlarda həyat eşqi olmur. Həyatın gedişi ilə ayaqlaşa bilmirlər. Çünki həyat onu sevənlərlə irəliləyir, ama onlar 1 addım belə ata bilmirlər. Çünki özlərinə inamları yoxdur. Bir yola başlayarkən həmin yolun mənfilərini fikirləşirlər. Sonda məğlub olmaqdan qorxurlar və sonda da qorxduqları başlarına gəlir… Həyatı uduzurlar!!!

…Və nəhayət. Başqa qrup və mən sevdiyim insanlar.))))Çətin vəziyyətdə olanda keçmişi fikirləşirlər. Dostlarını, ailəsini, isti evini, sevgilisini və yaxud sevdiyini. Və düşdükləri vəziyyətdən tez çıxırlar. Çünki yanında olmayanların qədrini daha çox bilirlər. Sonda ailəsiylə daha bağlı olur, dostları ilə tez tez bir yerdə olur və yeni dostlar qazanır. Nəhayət sevgilisinə və yaxud sevdiyinə daha böyük bir istəklə “Səni Sevirəm” yazırlar. Həmin o məsafələr uzaqlaşdırmaq əvəzinə daha da yaxınlaşdırır. Niyə? Çünki həyatı və həyatlarındakını çox sevirlər.

ARANIZDA OLAN MƏSAFƏLƏRİ DÜZGÜN DƏYƏRLƏNDİRİN VƏ HEÇ NƏDƏN QORXMAYIN. QOY BU MƏSAFƏ,BU AYRILIQ 5  GÜN, 5 HƏFTƏ, 5 AY, 5 İL OLSUN.İNANIRSINIZSA İNANILACAQSINIZ!!!

This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to MƏSAFƏLƏR

  1. sehri says:

    seninicinde neler varmish….

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s